Gürcüstanda azyaşlıya qarşı cinsi zorakılıq edən ögey ata həbs edilib
Gürcüstanda azyaşlıya qarşı cinsi xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunan şəxs barəsində məhkəmənin hökmü oxunub. Məhkəmə təqsirləndirilən şəxsi günahkar bilərək onu azadlıqdan məhrum edib.
Xeber.ge xeber verir ki,
Məlumata görə, zərərçəkmiş azyaşlı 2024-cü ildə hüquqi yardım üçün "Sapari" təşkilatına müraciət edib. Uşağın əsas tələbi məxfiliyin qorunması olub ki, bu da təşkilat tərəfindən tam təmin edilib.
İşə cəlb olunan hüquqşünas Mari Varamaşvili illər ərzində davam edən çoxepizodlu cinayət faktlarını araşdıraraq müvafiq sübutlar toplayıb.
Məhkəmə prosesində zərərçəkmişin ifadələri həlledici rol oynayıb. Hakim təqdim olunan sübutları və ifadələri əsaslı hesab edərək, təqsirləndirilən şəxsi Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi (azyaşlıya qarşı əxlaqsız hərəkətlər) üzrə tam təqsirli bilib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, bu növ cinayətlər üçün 5 ildən 9 ilə qədər həbs cəzası nəzərdə tutulur. Məhkəmənin çıxardığı 6 illik həbs qərarı artıq qüvvəyə minib.