Bakı-Tbilisi qatarı reysə hazırdır – Quru yollar açılılır?

Mar 6, 2025 - 15:26
 0  973
Bakı-Tbilisi qatarı reysə hazırdır – Quru yollar açılılır?

 Azərbaycan və Gürcüstan arasında nəqliyyat əlaqələrinin inkişafı hər iki ölkənin iqtisadi, sosial və turizm sektoruna müsbət təsir göstərir. Xüsusilə, Bakı-Tbilisi-Qars qatar reysinin yenidən bərpası və quru yolların açılması regiondakı hərəkətlilik üçün vacib bir addımdır. Uzun müddətdir bağlı olan bu yolların istifadəyə verilməsi həm sərnişinlərin rahatlığını təmin edəcək, həm də iqtisadi əməkdaşlığa yeni təkan verəcək.

Bakı-Tbilisi qatarı reysə hazırdır

Bakı-Tbilisi qatar reysinin yenidən fəaliyyətə başlaması ilə bağlı hazırlıqlar sürətlə davam edir. Artıq Bakıda Dəmiryol Vağzalında qatarların bu marşruta çıxmağa hazırlaşır. Qatar bələdçilərindən biri – adının açıqlanmasını istəməyən bir mənbə – aprel ayında bu reysin sərnişinsiz test səfərinin planlaşdırıldığını qeyd edib.

Ötən ay Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana işgüzar səfəri çərçivəsində Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşmüş, görüşdə nəqliyyat sahəsində əməkdaşlıq və xüsusilə dəmiryolu ilə sərnişindaşıma məsələləri müzakirə olunub. Bu, iki ölkənin nəqliyyat strategiyalarının uzlaşdırılması baxımından vacib bir addımdır.

Quru yollar açılılır?

Beş ildir bağlı qalan quru yolların açılması da sosial mediada müzakirəyə çıxarılır. Qatar reysi ilə yanaşı, Azərbaycan-Gürcüstan arasındakı quru yolların açılması da ciddi əhəmiyyət kəsb edir. Pandemiya və digər məhdudiyyətlər səbəbindən müəyyən müddət çətinliklər yaşayan sərnişinlər və yükdaşıma sektoru üçün bu, böyük rahatlıq yaradacaq.

Gürcüstanda və Azərbaycanda yaşayan qohumlar üçün bu yolların bağlı olması müəyyən çətinliklər yaradıb. Yenidən açılan quru yollar sayəsində ailələr rahat görüşə biləcək, sosial münasibətlər daha da möhkəmlənəcək.

İqtisadi canlanma

Quru yollar ticarət dövriyyəsini artıracaq, xüsusilə kiçik və orta biznes sahibləri üçün yeni imkanlar yaradacaq. Məhsulların daşınması daha sürətli və səmərəli olacaq ki, bu da iqtisadi inkişafa töhfə verəcək.

Turizm gəlirləri artacaq

Azərbaycan və Gürcüstan arasında qarşılıqlı turizmin inkişafı üçün yolların açılması mühüm rol oynayır. Turistlər üçün daha rahat və əlçatan səyahət imkanları yaradılacaq, bu da regionun turizm potensialını artıracaq.


Bakı-Tbilisi qatar reysinin və quru yolların açılması Azərbaycan və Gürcüstan arasında iqtisadi və sosial əlaqələri daha da möhkəmləndirəcək. Sərnişinlər üçün rahatlıq, iş adamları üçün yeni fürsətlər, turizm üçün ən mühüm qazancı olacaqdır. Bundan həm iki ölkənin, həm də regionun inkişafına müsbət töhfə verəcəyini gözləmək olar.

Qeyd edək ki, Gürcüstandan bir xarici ölkəyə qatar reysi işləyir. Tbilisi-Yerevan xətti üzərindən işləyən qatarların bileti 47 AZN-dən başlayır.

mənbə: azshafaqna