Dünyada bir ilk: Britaniyalı cərrahlar süni intellektin yardımı ilə beyin əməliyyatı həyata keçiriblər

Sep 9, 2026 - 23:13
 0  22
Dünyada bir ilk: Britaniyalı cərrahlar süni intellektin yardımı ilə beyin əməliyyatı həyata keçiriblər

Dünyada ilk dəfə olaraq pasiyentin baş beyin şişi real vaxt rejimində süni intellektin (AI) köməyi ilə uğurla kənarlaşdırılıb.

XEBER.GE xeber  verir ki, London Universitet Kolleci (UCL) xəstəxanasının cərrahlarının məlumatına görə, ən son texnologiya ilə həyata keçirilən bu əməliyyat olmasaydı, pasiyent tamamilə görmə qabiliyyətini itirmək təhlükəsi ilə üz-üzə qalacaqdı.

Əməliyyat zamanı süni intellekt sistemi real vaxt rejimində video görüntüləri təhlil edərək cərrahlara həyati vacib, lakin vizual olaraq gizli qalan qan damarlarının və sinirlərin zədələnməsinin qarşısını almağa kömək edib. Bu yanaşma sayəsində həkimlər şişin maksimum dərəcədə böyük hissəsini təhlükəsiz şəkildə kəsib çıxara biliblər.

Bundan əvvəl tamamilə sağlam olan 48 yaşlı pasiyentdə qəfil huşunuitirmə və qıcolmalar epizodu baş verib. Baş beyinin maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsi hipofiz vəzində 11 mm ölçüdə xoşxassəli şişin inkişaf etdiyini aşkar edib.

Əməliyyatda iştirak edən professor Hani Markus qeyd edib: "Sistem hər hansı bir cərrahın karyerası ərzində icra edəcəyindən qat-qat çox əməliyyat üzrə təlim görüb. Müvafiq olaraq, o, təcrübəli mütəxəssisin 'ikinci cüt gözü' rolunu yerinə yetirə bilər".