Quranın elmi möcüzələri alimləri təəccübləndirir
Misirin Əl-Əzhər İslam Universitetinin rektoru bildirib ki, Qurani-Kərim müxtəlif sahələrdə elm adamlarını heyran edən çoxlu elmi möcüzələr ehtiva edir
Xeber.ge xəbər verir ki, Əl-Əzhər Universitetinin rektoru Salami Davud Qurani-Kərimdə çoxlu möcüzələrin olmasının Yaradanın böyüklüyünə və əzəmətinə dəlalət etdiyini bildirib.
Davud Quranda qeybi xəbərlər, rəqəmlər və elmlə bağlı çoxlu möcüzələr olduğunu söylədi.
Nümunə olaraq “Nəml” surəsinin 88-ci ayəsini xatırladıb, burada dağların hərəkətini vurğulayır: "(O gün) dağları görüb, onları hərəkətsiz və donmuş zənn edərsən. Halbuki, onlar buludun keçdiyi kimi hərəkət edərlər. (Bu) hər bir şeyi möhkəm və əsaslı yaradan Allahın işidir. (Başlanğıc aləmində görülən işin möhkəmliyinin tələbi də bir gün aləmin dağılması və nəticə aləminin yaranmasıdır). Həqiqətən O, etdiklərinizin hamısından xəbərdardır. (Və həmin gün haqq-hesab soruşulacaqdır)".
Quranın elmi möcüzələrinə başqa bir nümunə də dənizlərin ortasındakı qaranlığa işarə edən “Nur” surəsinin 40-cı ayəsidir: "Yaxud (da kafirlərin şər əməlləri) dərin dənizdə üzərində daha bir dalğa olan dalğanın örtdüyü və onun da üstündə bir bulud olan qaranlıqlar(ın altda qalıb batan şəxsə nisbəti) kimidir. Bir-birinin üzərinə yığılmış qaranlıqlardır ki, əgər o, əlini çölə çıxar(araq gözünün qabağında tut)sa onu asanlıqla görməz. (Səhv inanclar, çirkin əxlaq və haram əməllər dünyada onun qəlbinin fəzasında, axirətdə isə başının üstündə duracaq zülmətlərdir.) Allahın nur vermədiyi kəsin heç vaxt nuru olmayacaqdır".
Başqa bir möcüzə ana bətnində olan ceninə aiddir. Allah "Möminun" surəsinin 13-cü ayəsində buyurur: "Sonra onu(n nəslini) nütfə (torpağın maddələrinin cövhəri) şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq".
Su dövranından bəhs edən "Furqan" surəsinin 48-ci ayəsində buyurur: "Buludları Öz rəhmətinin önündə (yağışdan qabaq) müjdəçilər olaraq göndərən Odur. Biz göydən (yağış, qar və dolu şəklində özü) pak (olan) və pak edən bir su nazil etdik".
"Ənbiya" surəsinin 30-cu ayəsində dağların və okeanların yer üzündə tarazlığın qorunmasındakı rolundan bəhs edilir: "Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər və yer (göydəki planetlər və yer kürəsi) bir-birinə birləşik idilər və Biz onları parçalayaraq bir-birindən ayırdıq (və sonsuz planetlər yaratdıq)? [Yaxud: Göydəki planetlərin hər biri və yer bağlı və donmuş vəziyyətdə idilər və onları çaylar, mədənlər, ağaclar və bitkilər vasitəsi ilə yardıq və istifadəyə yararlı etdik.] Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə də iman gətirmirlər?!".
“Vaqiə” surəsinin əkinçilikdən bəhs edən 63-cü ayəsində buyurulur: "Əkdiyiniz toxum haqqında fikirləşdinizmi?".
Bundan əlavə, Əl-Əzhər Universitetinin rektoru bildirib ki, Quranda tibb elminin inkişafı, xəstəliklər və şəfa haqqında ayələr, fəsillər və hava dəyişiklikləri qeyd olunur.
Sonda Salami Davud Qurani-Kərimin elmi tədqiqinin vacibliyi ilə bağlı maarifləndirmənin gücləndirilməsinin zəruri olduğunu vurğulayıb.
mənbə: iqna