Müasir cərrahiyənin banisi olan müsəlman alim-həkim

Feb 17, 2026 - 11:55
 0  7
Müasir cərrahiyənin banisi olan müsəlman alim-həkim

Əbu əl-Qasim əz-Zəhravi orta-əsr dövrünün ən böyük cərrahı hesab edilir.

Müsəlman alim və həkim cərrahi alətlərin ixtirası və bir sıra yeni metodologiyalar tətbiq etməklə cərrahi əməliyyatlar sahəsində elmi irəliləyəşə səbəb olub.

Onun müəllifi olduğu 30 cildlik ensiklopediya əsrlər boyu bütün Avropada tibb üzrə əsas mənbə kimi istifadə edilib.

Onun tibb praktikasına göstərdiyi təsir həqiqətən də inqilabidir.

O, müasir dünyanın bir çox həkimləri və tibb müəssisələrindən fərqli olaraq, maddi vəziyyətindən asılı olmayaraq, bütün xəstələrin müayinə edilməli olduğunu deyirdi.

Ömrünün hər günü həkimliklə məşğul olan əz-Zəhravi hər gün tibb və müalicə ilə bağlı mühüm qeydlər götürərək özündə sonra “əl-Təsrif” adlı tibbi biliklərə dair olduqca dəyərli elmi iş miras qoyub.

30 cilddən ibarət olan bu ensiklopediyada tibbin müxtəlif aspektləri, həkimin xəstəyə göstərməli olduğu münasibət, xəstə ilə ünsiyyətin qaydaları, xəstəlik və onun simptomlarının necə müəyyən edilməli olduğu və digər məsələlər ətraflı şəkildə izah olunur.

O, həmçinin insanın istifadə etməli olduğu və çəkinməli olduğu qidalar barədə də danışır.

Əz-Zəhravi İslam dininin haram buyurduğu spirtli içkinin insan orqanizminə olan mənfi və dağıdıcı təsirini də əsrlər öncə ətraflı şəkildə təsvir edib.

Müsəlman alim həmçinin bu kitabında cərrahi əməliyyat barədə də ətraflı danışır, müxtəlif xəstəliklər zamanı əməliyyatların necə icra edilməli olduğunu uzah edir. O, cərrahlara ümumi tibbi, insan anatomiyasını öyrənməyi və hətta tibbi araşdıran filosofların əsərlərini də oxumağı, yalnız bundan sonra cərrahi əməliyyatlara başlamağı tapşırır.

Onun müəllifi olduğu prosedurlar və cərrahi materiallar günü bu gün də cərrahi əməliyyatlar masasının ayrılmaz hissəsidir.

Cərrahi əməliyyatlar zamanı daxili tikişlər üçün “ketqutu” ilk dəfə məhz o, istifadə edib. (Ketqut – heyvanın bağırsağından hazırlanan cərrahi sapdır, bu sap zamanla sovrulub yoxa çıxır və travmaya, təkrar cərrahi müdaxiləyə səbəb olmur). O, müasir cərrahiyyədə istfadə edilən çox sayda ən zəruri alətləri ixtira edib.

Həmçinin əz-Zəhravi doğuşlar zamnı istifadə edilən xüsusi maşaları istifadə edən ilk cərrahdır. Həmin maşalar doğuş zamanı həm ana, həm də körpə ölümlərinin sayını azaltmağa imkan verib.

Boğazdakı badamcıqları çıaxrılması əməliyyatını da ilk dəfə o, həyata keçirib və onun metodundan həkimlər hələ də istifadə edirlər.

Həmçinin o, əməliyyatlar zamanı yerli və ümumi anesteziyadan istifadə edən ilk cərrah olub.

Əz-Zəhravi bu və digər çoxsayda elmi ilklərə atan dahi bir müsəlman alimi olub.

Biliklərinin və təcrübəsinin genişliyinə baxmayaraq, o, riskli və daha öncə həyata keçirilməmiş cərrahi əməliyyatlardan imtina edir və insan həyatının oyuncaq olmadığını vurğulayırdı.

Xatırladaq ki, Əz-Zəhravi 936-cı ildə Əndəlüsdə (Kordovada) anadan olub və 1013-cü ildə vəfat edib.

 

mənbə: azshafaqna.com