Səfəvilər dövrünün Azərbaycan mütəfəkkirlərinə həsr olunmuş yeni kitab işıq üzü görüb

Sep 15, 2026 - 12:13
Sep 15, 2026 - 12:19
 0  15
Səfəvilər dövrünün Azərbaycan mütəfəkkirlərinə həsr olunmuş yeni kitab işıq üzü görüb

Şahin Yəhyayevin “Səfəvilərin hakimiyyəti dövrünün (1501–1736) fəqih, filosof, şair, yazıçı və xəttatları (Əqiqi Bəxşayişinin “Məfaxiri-Azərbaycan” əsəri əsasında)” adlı kitabı işiq üzü görmüşdür.

1981-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olan müəllif BDU-nun Sosial elmlər və psixologiya fakültəsində fəlsəfə üzrə bakalavr və magistr təhsili alıb. O, müxtəlif illərdə AMEA-nın bir sıra elmi müəssisələrində, o cümlədən AMEA Rəyasət Heyətində, Qafqazşünaslıq, Tarix və Etnoqrafiya və eləcə də Şərqşünaslıq İnstitutlarında elmi işçi və məsul vəzifələrdə çalışıb.

 Ali məktəbdə baş müəllim kimi pedaqoji fəaliyyət göstərib. Şahin Yəhyayev 15-dən çox elmi məqalənin, 10 tərcümə kitabının müəllifidir.  Əsərdə Səfəvilərin səltənəti dövründə Azərbaycan adlı tarixi-coğrafi ərazidə yaşayıb-yaratmış 120 fəqih, filosof, şair, yazıçı və xəttat haqqında dəyərli tarixi-fəlsəfi və ədəbi məlumatlar yer almışdır. Kitab Əqiqi Bəxşayişinin “Məfaxiri-Azərbaycan” əsəri əsasında ərsəyə gətirilib.