Tbilisidə otelləri qarət edən şəxs saxlanıldı

Nov 5, 2026 - 12:23
Nov 5, 2026 - 12:24
 0  9
Tbilisidə otelləri qarət edən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları oğurluq və oğurluğa cəhd faktı ilə bağlı bir nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin oktyabr ayı ərzində Tbilisidə yerləşən bir neçə hoteli qarət edib. O, həmçinin iki dəfə otellərdə vətəndaşlara məxsus əşyaları qanunsuz olaraq ələ keçirməyə cəhd göstərsə də, niyyətini axirə çatdıra bilməyib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Oğurlanan əşyaların bir hissəsi polis tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-177-ci (oğurluğa cəhd) və 177-ci (oğurluq) maddələri ilə istintaq aparılır. Bu cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.