Laqodexidə davanı ayıran 22 yaşlı MMA döyüşçüsü bıçaqlandı

Nov 5, 2026 - 13:42
Nov 5, 2026 - 13:43
 0  10
Laqodexidə davanı ayıran 22 yaşlı MMA döyüşçüsü bıçaqlandı

Laqodexidə qanlı qarşıdurma baş verib — qarışlaq döyüş sənəti (MMA) üzrə 22 yaşlı idmançı Valeri Qoçiaşvili bıçaqlanıb.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı "Mtavari Ambebi Kaxetidan" nəşri yayıb.

Hadisə bir neçə gün əvvəl meydana gəlib. İdmançı Laqodexidə qonaqlıqda (süfrə arxasında) olarkən dalaşan tərəfləri ayırmağa cəhd göstərib. Davanı yatırmağa çalışan zaman ona soyuq silahla qarın nahiyəsindən xəsarət yetirilib.

Yaralı idmançıya Laqodexi klinikasında təcili cərrahiyyə əməliyyatı olunub. Həkimlərin verdiyi məlumata görə, xəstənin səhhəti hazırda qənaətbəxşdir və evə buraxılması planlaşdırılır.

Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (zorakılıq), 117-ci (qəsdən bedenə ağır xəsarət yetirmə) və 187-ci (əmlaka zərər vurma) maddələri ilə istintaq aparılır. Hadisə ilə bağlı bir şəxs saxlanılıb.