Rustavi həbsxanasında insident: Məhbusun zorlanması iddialarına qurumdan sərt cavab gəlib

Oct 2, 2026 - 12:29
 0  31
Rustavi həbsxanasında insident: Məhbusun zorlanması iddialarına qurumdan sərt cavab gəlib

Xüsusi Penitensiar Xidmət Rustavi 6 saylı penitensiar müəssisəsinin məhbusu Giorgi Davidadzenin konvoy əməkdaşları tərəfindən deeskalasiya otağında zorlanması barədə yaydığı məlumatı rədd edir.

"Xüsusi Penitensiar Xidmət məhkum Giorgi Davidadzenin 6 saylı penitensiar müəssisənin administrasiya əməkdaşları tərəfindən ona qarşı seksual zorakılıq törədildiyi idiası ilə bağlı yaydığı dezinformasiyanı qəti surətdə təkzib edir. Bu, tamamilə yalandır və Davidadzelər ailəsi tərəfindən penitensiar sistemin nüfuzdan salınmasına yönəlmiş cəhdlərin davamıdır.

XEBER.GE xeber  verir ki, bununla yanaşı, yüksək ictimai marağı nəzərə alaraq, qanunvericiliklə müəyən edilmiş qaydada müvafiq videoçəkilişləri ictimailəşdirməyə hazırıq ki, cəmiyyətin özü məhkum Davidadzenin deeskalasiya otağına yerləşdirilməsi və orada olduğu dövrü əks etdirən kadrları görmək imkanı olsun.

Xüsusi Penitensiar Xidmət bəyan edir ki, qurumun hər hansı əməkdaşı tərəfindən istənilən formada zorakılıq və ya insanın ləyaqətini alçaldan rəftar yolverilməzdir və belə bir fakt aşkar olacağı təqdirdə ona qarşı müvafiq hüquqi reaksiya veriləcək. Lakin Davidadze ilə bağlı bir neçə gün əvvəl yayılmış bəyanatda qeyd olunduğu kimi, həmin videomateriallar həm istintaq, həm də Xalq Müdafiəçisinin nümayəndəsi tərəfindən nəzərdən keçirilib və cinayət əlamətləri aşkar olunmayıb. Davidadzemizə qarşı nəinki seksual, heç bir formada zorakılıq halı baş verməyib", – deyə Penitensiar Xidmətin məlumatında qeyd olunur.

Rustavi 6 saylı penitensiar müəssisəsinin məhbusu Giorgi Davidadze Apellyasiya Məhkəməsində keçirilən proses zamanı konvoy əməkdaşlarının onu deeskalasiya otağında zorladığını bəyan etmişdi.