Aksizsiz siqaret saxlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb

Nov 16, 2026 - 12:17
 0  18
Aksizsiz siqaret saxlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb

Böyük miqdarda aksizsiz siqaret saxlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

XEBER.GE xeber  verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, saxlanılan şəxslərdən birinin yaşadığı evdən müxtəlif markalı 12 186 qutu aksizsiz siqaret götürülüb. Məhsulların ümumi bazar dəyəri 62 520 lari təşkil edir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə istintaq aparılır.

Bu maddə 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.