Husilər Ər-Riyad yaxınlığında neft obyektlərinə zərbə endiriblər

Nov 16, 2026 - 11:37
 0  16
Husilər Ər-Riyad yaxınlığında neft obyektlərinə zərbə endiriblər

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad yaxınlığında iki neft nasos stansiyasına pilotsuz uçuş aparatları ilə zərbə endirdiklərini bildiriblər.

 XEBER.GE xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səriya məlumat verib.

Onun sözlərinə görə, hücumlar Şərq-Qərb neft boru kəmərinin 5 və 6 nömrəli nasos stansiyalarına qarşı həyata keçirilib. Səriya əməliyyatın məqsədlərinə çatdığını iddia edib.

 

mənbə: azertag.az