Kəlləsində bir göz yuvası olan körpə skeleti tapıldı

Nov 11, 2026 - 22:40
 0  13
Kəlləsində bir göz yuvası olan körpə skeleti tapıldı

Peruda aparılan arxeoloji qazıntılar zamanı təxminən 1600 il əvvələ aid, kəllə sümüyündə yalnız bir göz yuvası olan körpə skeleti aşkarlanıb.

 XEBER.GE xeber  verir ki, bu barədə “The Daily Galaxy” nəşri məlumat yayıb.

Bildirilib ki, Kaliforniya Universitetinin antropoloqu Lars Fehren Şmitzin məlumatına görə, skelet Palpa vadisində qədim Nazka xalqına məxsus qəbiristanlıqda tapılıb.

DNT analizləri körpənin 13-cü xromosomunun əlavə bir nüsxəsini daşıdığını üzə çıxarıb. Alimlər hesab edirlər ki, bu nadir anadangəlmə qüsurun səbəbi trizomiya 13 (Patau sindromu) ola bilər.

Tibbdə siklopiya adlanan bu vəziyyət embrional inkişafın erkən mərhələsində ön beynin sağ və sol yarımkürələrə düzgün ayrılmaması nəticəsində yaranır. Beləliklə, üzün mərkəzində bir göz yuvası formalaşır.

Tədqiqatçılar körpənin nə qədər yaşadığını müəyyən edə bilməyiblər.

 

mənbə: publika,az