Abu-Dabidə Merab Dvalişviliyə Usman Nurməhəmmədov və dostları hücum edib-VİDEO
Dvalişvilinin sözlərinə görə, o, mediaya müsahibə verərkən Usman Nurməhəmmədov dostları ilə birlikdə arxadan ona yaxınlaşaraq onu döyməyə başlayıb.
XEBER.GE xeber verir ki, “Hotelin foyesində RAF-a müsahibə verirdim. Bu zaman Usman və dostları arxadan bizə yaxınlaşaraq həm məni, həm də gənc dostumu yumruqlamağa başladılar. Mühafizəçilər bizi saxlayırdı... Yerə yıxıldıqdan sonra da bizi təpiklə vururdular. Siz necə döyüşçülərsiniz?! Hansı kişi belə hərəkət edər?” – deyə Dvalişvili videoda bildirib.
Yayılan görüntülərdə Merab Dvalişvilinin üz nahiyəsində xəsarətlər olduğu görünür.