Yanacağa tətbiq olunan aksiz vergisinin azaldılması bu mərhələdə nəzərdən keçirilmir

Oct 9, 2026 - 13:36
 0  18
Yanacağa tətbiq olunan aksiz vergisinin azaldılması bu mərhələdə nəzərdən keçirilmir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə yanacağın qiymətinin artması və aksiz vergisinin azaldılması məsələsi ilə bağlı açıqlama verib.

XEBER.GE xeber  verir ki, İrakli Kobaxidze bildirib ki, bu mərhələdə yanacaq üzrə aksiz vergisinin azaldılması məsələsi nəzərdən keçirilmir.

Hökumət başçısının sözlərinə görə, yanacaq qiymətlərinin artmasına cari münaqişə səbəb olub.

O qeyd edib ki, mövcud münaqişənin tezliklə tənzimlənəcəyinə və bunun qiymətləri aşağı salacağına ümid edirlər, həmçinin hadisələrin inkişafını gözləyəcəklər.

Bundan əvvəl maliyyə nazirinin müavini Qiorqi Kakauridze parlamentdə bəyan etmişdi ki, hətta neftə tətbiq olunan aksiz vergisinin yarıbayarı azaldılması belə yanacaq qiymətlərinin əhəmiyyətli dərəcədə ucuzlaşmasını təmin edə bilməz.