Yetkinlik yaşına çatmayan şəxsi zorlama ittihamı ilə 2 nəfər saxlanılıb

Dec 29, 2025 - 10:58
 0  25
Yetkinlik yaşına çatmayan şəxsi zorlama ittihamı ilə 2 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Baş İdarəsinin əməkdaşları, yetkinlik yaşına çatmayan şəxsi zorlama ittihamı ilə 1997-ci il təvəllüdlü D.Ç. və əvvəllər məhkum olunmuş 2004-cü il təvəllüdlü Z.P.-ni saxlayıblar.

Xeber.ge xəbər verir ki, qurumun məlumatına görə, təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmayan N.Ğ.-nı aldadaraq Tbilisidəki hostellərdən birinə aparıb və orada ona qarşı bir neçə dəfə cinsi zorakılıq törədiblər.

İstintaq Cinayət Məcəlləsinin 137-ci maddəsi ilə aparılır. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur, — deyə məlumatda qeyd olunub.