29-30 dekabr tarixlərində yüksək təhlükə səviyyəsi elan edildi
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, 29-30 dekabr tarixlərində sahil rayonlarında yağıntı, bəzi yerlərdə şimşək çaxması ilə müşayiət olunan güclü yağış, küləyin güclənməsi və dənizdə 4-6 bal gücündə fırtına gözlənilir.
Xeber.ge xeber verir ki,
Agentliyin bəyanatına əsasən, güclü qar, çovğun, görmə məsafəsinin pisləşməsi, buzlaşma və uçqun təhlükəsi səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.
Gözlənilən yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, təpəlik və dağlıq zonalarda isə torpaq sürüşməsi və sel proseslərinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi: yüksək).