Tbilisidə iki nəfər bıçaqlanıb

Tbilisidə, Vazisubani qəsəbəsində yerləşən Şandor Petefi küçəsində iki nəfərin bıçaqlandığı bildirilir.
Hadisə bir neçə şəxs arasında baş verən mübahisə zamanı baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görəə, faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 120-ci maddəsi üzrə aparılır. Bu maddə qəsdən sağlamlığa yüngül xəsarət yetirmə hallarını nəzərdə tutur.
mənbə: Interpress