Gürcüstanda yeni universitet mərkəzləri inşa ediləcək
Gürcüstan hökuməti Kutaisi və Rustavidə beynəlxalq standartlara uyğun müasir universitet şəhərcikləri inşa etməyi planlaşdırır.
Layihə çərçivəsində tələbələr üçün tədris, elmi-tədqiqat və yaşayış infrastrukturu yaradılacaq.
Layihələndirmə, tikinti və nəzarət işləri 2026–2032-ci illərdə aparılacaq. Layihənin ümumi dəyəri təxminən 800 milyon lari, ərazilərdə daşınmaz əmlakın alınması üçün isə əlavə 210 milyon lari nəzərdə tutulur.