Gürcüstanda əsas ərzaq və xidmətlərin qiymətləri kəskin artdı
. “Geostat” inflyasiyanı əks etdirən ətraflı hesabat dərc edib. Hesabatda son bir ay ərzində 305 əsas mal və xidmət üzrə qiymət dəyişiklikləri əks olunub. Ümumilikdə noyabr ayında illik inflyasiya göstəricisi 4,8% təşkil edib və buna əsas təsir ərzaq qrupunda qiymətlərin 10% artması olub.
Xeber.ge xəbər verir ki,
Ən çox bahalaşan məhsullara gəldikdə isə, birinci yerdə 102% artımla gavalı qərarlaşıb, ikinci yerdə isə 53% bahalaşma ilə armuddur. Bundan əlavə, kakaonun, kartofun, şaftalının və digər ərzaq məhsullarının qiymətlərində də kəskin artım qeydə alınıb.
2025-ci ilin noyabr ayında illik inflyasiya üzrə ən çox bahalaşan mal və xidmətlər:
Gavalı – 101,8%
Armud – 53,0%
958 əyarlı nikah üzüyü (qızıl) – 47,2%
Limon – 45,5%
Şaftalı – 35,7%
Kartof – 28,6%
Dondurma – 26,9%
Xəstəxana xidmətləri – 25,5%
Buğda çörəyi – 21,5%
Kakao – 21,2%