BGMİ-nin din rəhbərləri İranda görüşlər keçiriblər
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Şərqi Gürcüstan müftisi Hacı Etibar Eminov, Qərbi Gürcüstan müftisi Hacı Adəm Şantadze və nümayəndə heyəti İran İslam Respublikasına səfər ediblər.
Xeber.ge xəbər verir ki,
Görüşlərdə İslam dünyasında əməkdaşlıq, dini qurumlar arasında əlaqələrin gücləndirilməsi, islamofobiyanın artması və məzhəblər arasında həmrəyliyin vacibliyi müzakirə olunub.
Tərəflər mədəni, elmi-tədris layihələri və gələcək birgə fəaliyyətlərlə bağlı razılıq ifadə ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti “Quran Mehfel” televiziya proqramının studiyasını da ziyarət edib və proqramın Gürcüstanda keçirilməsi imkanları müzakirə olunub.