Marneulidə 21 yaşlı gənc bıçaqlandı, bir nəfər saxlanıldı

Oct 18, 2026 - 14:54
 0  75
Marneulidə 21 yaşlı gənc bıçaqlandı, bir nəfər saxlanıldı

Marneulidə 21 yaşlı gənc soyuq silahla yaralanıb. Yaralı Marneulinin Geo Hospitals klinikasına çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan bir nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində mübahisə zamanı soyuq silahdan istifadə edərək gənc kişiyə ağır xəsarət yetirib.

Yaralı tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində şübhəlini hadisədən dərhal sonra saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.