Tbilisidə Azərbaycan vətəndaşı silah və narkotiklə yaxalanıb

May 3, 2026 - 12:23
 0  23
Tbilisidə Azərbaycan vətəndaşı silah və narkotiklə yaxalanıb

Gürcüstanın paytaxtında odlu silah və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.

Xeber.ge xeber  verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polisi Departamentinin İsani-Samqori rayon idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 2001-ci il təvəllüdlü R.M. həbs edilib.

  Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxsin müvəqqəti yaşadığı evdə aparılan axtarış zamanı aşağıdakı əşyalar maddi sübut kimi götürülüb:

·         Odlu silahlar (tapançalar);

·         Döyüş sursatı (patronlar) və daraqlar;

·         Narkotik vasitə olan "marixuana";

·         Psixoaktiv maddə olan "bio".

  Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı (odlu silahın qanunsuz alınması və saxlanılması) və 260-cı (narkotik vasitələrin qanunsuz alınması və saxlanılması) maddələri ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxsi 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.