İtaliyada 47 yaşlı gürcü kişi oğurluğa görə saxlanılıb
İtaliyada 47 yaşlı gürcü kişi oğurluğa görə saxlanılıb.
XEBER.GE xəbər verir ki,məlumata görə, kişi avtobusda olarkən sərnişinlərdən
birinin mobil telefonunu və 80 avrosunu oğurlayıb.
Hadisə yerindən qaçmağa cəhd edən şəxs, qaçarkən sərnişinlərə əl qaldıraraq onlara zərbələr endirib.
İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları kişini saxlayıblar və oğurlanmış əşyaları sahibinə geri qaytarıblar.
Məlumatı İtaliyanın “Canale Dieci” nəşri yayıb.