Həbsdəki şəxsi azad etdirmək vədi ilə 270 min lari mənimsəyiblər

Nov 21, 2026 - 14:54
 0  12
Həbsdəki şəxsi azad etdirmək vədi ilə 270 min lari mənimsəyiblər

Dələduzluq ittihamı ilə iki nəfər saxlanılıb, daha bir nəfərə isə qiyabi ittiham irəli sürülüb.

XEBER.GE xeber  verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxslər cinayət işi üzrə həbs edilmiş şəxsin valideynini aldadaraq, nüfuzlu tanışları vasitəsilə onun övladının prosessual saziş əsasında həbsdən azad edilməsinə kömək edə biləcəklərini vəd ediblər.

Bu bəhanə ilə zərərçəkmiş şəxsdən 270 000 lari alaraq mənimsəyiblər.

Aparılan kompleks istintaq tədbirləri nəticəsində iki nəfər məhkəmə qərarı əsasında saxlanılıb, daha bir nəfərə isə qiyabi ittiham irəli sürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə istintaq aparılır. Həmin maddələr 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.