Tbilisidə iki əcnəbi 1 kiloqrama yaxın narkotiklə saxlanılıb

Nov 21, 2026 - 14:31
 0  3
Tbilisidə iki əcnəbi 1 kiloqrama yaxın narkotiklə saxlanılıb

Narkotik cinayətləri ilə bağlı iki xarici ölkə vətəndaşı saxlanılıb.

XEBER.GE xeber  verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin Tbilisidə müvəqqəti yaşadıqları mənzildə, eləcə də onların göstərdikləri müxtəlif ünvanlarda axtarış aparıblar. Nəticədə ümumilikdə 1 kiloqrama yaxın, xüsusilə külli miqdarda narkotik vasitə – “metadon” və “alfa-PVP” müsadirə edilib.

Polis həmçinin narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulan materialları da maddi sübut kimi götürüb.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələrin satış sxemində qrup halında iştirak ediblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı kvart maddələri ilə araşdırma aparılır.

Bu cinayətə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.