Baxmaroda 28 yaşlı xarici qadını zorlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Baxmaro kurort zonasında 28 yaşlı xarici ölkə vətəndaşı olan qadına təcavüz etməkdə şübhəli bilinən gənc oğlan polis əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat bu gün səhər saatlarında həyata keçirilib.
XEBER.GE xəbər verir ki, zərərçəkən qadın ifadəsində cinsi zorakılığın bir neçə gün əvvəl baş verdiyini bildirib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsi (Zorlama) üzrə cinayət işi açılıb.
Hadisənin bütün təfərrüatlarının müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.