Külli miqdar dəyərində aksiz markası olmayan siqaret müsadirə edilib

İstintaq Xidməti 179 000 lari dəyərində aksizsiz siqaretin saxlanılması faktına görə bir şəxsin saxlandığı barədə məlumat yayıb.
Onların məlumatına görə, İstintaq Xidməti əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamenti ilə koordinasiyalı şəkildə həyata keçirilən tədbirlərin nəticəsində, markalanmaya məruz qalan xüsusilə böyük miqdarda aksizli malların aksiz markası olmadan saxlanılması faktı üzrə bir nəfər saxlanılıb.
“İstintaq tədbirləri nəticəsində Sameqrelo bölgəsində saxlanılan şəxsdən satış üçün nəzərdə tutulmuş, ümumilikdə 38 190 qutu aksizsiz siqaret müsadirə olunub ki, bunların da ümumi bazar dəyəri 179 000 laridən artıqdır.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin 3-cü hissəsi ilə aparılır, bu maddə 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Təqsirləndirilən şəxsin cinayət əlaqələrində olduğu digər şəxslərin müəyyən edilməsi və ifşası istiqamətində tədbirlər davam etdirilir”, – deyilir İstintaq Xidmətinin yaydığı məlumatda.
mənbə: marneulifm