Qurcaanidə evdən külli miqdarda pul və şəxsi sənədlər oğurlayan şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Qurcaani Rayon İdarəsinin əməkdaşları oğurluq və mühüm şəxsi sənədlərin talanması ittihamı ilə bir nəfəri saxlayıblar.
XEBER.GE xeber verir ki, DİN-in məlumatına görə, saxlanılan şəxs əvvəllər məhkum olunub və hazırda şərti cəza çəkirmiş.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Qurcaani bələdiyyəsinin kəndlərindən birində vətəndaşın evindən külli miqdarda pul və zərərçəkmişə məxsus şəxsi sənədləri oğurlayıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci və 363-cü maddələri ilə istintaq aparılır. Həmin maddələr 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.