Tbilisidə təqaüdçü ər-arvadı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Nov 12, 2026 - 11:09
 0  43
Tbilisidə təqaüdçü ər-arvadı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tbilisidə təqaüdçü ər-arvadın qətlə yetirilməsi ilə bağlı polis qəsdən adam öldürmə ittihamı ilə bir nəfəri saxlayıb.

XEBER.GE xeber  verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari il noyabrın 11-də Tbilisidə iki nəfərə — ər-arvada yaşadıqları binada avtomat silahdan atəş açaraq çoxsaylı xəsarətlər yetirib. Daha sonra hadisə yerindən qaçıb.

Aldıqları xəsarətlər nəticəsində hər iki şəxs hadisə yerindəcə həyatını itirib.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, cinayətdən əvvəl əmlak məsələləri ilə bağlı mübahisə olub.

Belə ki, şübhəli şəxs maliyyə öhdəliklərini yerinə yetirməyib.

İki nəfərin ağırlaşdırıcı hallarda qəsdən öldürülməsi, eləcə də odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması faktları üzrə Gürcüstan Cinayət Məcəlləsinin 109-cu və 236-cı maddələri ilə istintaq aparılır.

Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.