Gürcüstanın əhalisi 10 ildə 208,5 min nəfər artıb
Gürcüstanın Milli Statistika Xidməti 2024-cü il siyahıyaalınmasını nəzərə alaraq 2015–2025-ci illər üzrə demoqrafik statistikanı yenidən hesablayıb.
XEBER.GE xeber verir ki, yenilənmiş məlumatlara görə, on il ərzində əhali 208,5 min nəfər artaraq 3,93 milyon nəfərə (+5,6%) çatıb. 2015 və 2025-ci illərin əvvəlinə olan göstəricilər müqayisə edilir.
Şəhərlər böyüyür, kəndlər sakinləri itirir
Şəhər əhalisi 309,8 min nəfər artaraq 2,45 milyon nəfərə çatıb.
Kənd əhalisi 101,3 min nəfər azalaraq 1,49 milyon nəfərə düşüb.
Şəhərlilərin payı 57,4%-dən 62,2%-ə yüksəlib.
Əhalinin artımı əsasən Tbilisi, Acarıstan və Kvemo-Kartlinin payına düşüb. Mtsxeta-Mtianetidə əhalinin sayı demək olar ki, dəyişməyib, digər regionlarda isə azalıb.
Yaşlıların sayı artır
65 yaş və yuxarı: 690,4 min nəfər — on il əvvəlki ilə müqayisədə təxminən 30% çoxdur. Onların payı 14,3%-dən 17,6%-ə yüksəlib.
15 yaşınadək uşaqlar: 773,3 min nəfər; payı 18,9%-dən 19,7%-ə yüksəlib.
15–64 yaş arası insanlar: 2,47 milyon nəfər — ümumi əhali artımına baxmayaraq, 21,1 min nəfər azdır.
Miqrasiya təbii azalmanı kompensasiya edir 2020-ci ildən etibarən Gürcüstanda ölənlərin sayı doğulanların sayından çoxdur. 2022–2024-cü illərdə təbii azalma 13,8 min nəfər təşkil edib, lakin bu dövrdə əhali 169,9 min nəfər artıb.
2015–2024-cü illər ərzində müsbət miqrasiya saldosu — immiqrantların sayının emiqrantları üstələməsi — 212,7 min nəfər təşkil edib. Bu artımın təxminən 86%-i həmin dövrün son üç ilinin payına düşüb.