Qaxarianın partiyası bələdiyyə seçkilərində iştirakını istisna etmir

Apr 16, 2025 - 12:13
 0  20
Qaxarianın partiyası bələdiyyə seçkilərində iştirakını istisna etmir

“Gürcüstan üçün Qaxaria” partiyasının təsisçisi, sabiq baş nazir Qiorqi Qaxaria bildirib ki, onun partiyası yerli bələdiyyə seçkilərində iştirakını istisna etmir.


Onun sözlərinə görə, partiya hazırda həm parlament, həm də yerli seçkilərə hazırlaşır.

“Hazırda biz oktyabr ayında keçiriləcək Parlament və yerli seçkilərə birlikdə hazırlaşırıq,” – deyə Qiorqi Qaxaria 15 aprel tarixində “Pirveli” telekanalına müsahibəsində bildirib.

Ondan “əgər seçkilər təyin olunmasa, nə edəcəksiniz?” deyə soruşduqda, belə cavab verdi:
“Əgər təyin olunmasa, onda qərar verəcəyik ki, iştirak edək, ya yox.”
– “Qəti şəkildə iştirak etməyəcəyinizi demirsiniz, eləmi?” – jurnalist İnqa Qriqolia soruşub.
– “Əlbəttə ki, demirik, –Qaxaria bildirib. – Təkrar edirəm və təsdiq edirəm, qəti şəkildə imtina etmirik və heç kim məni bunu deməyə məcbur edə bilməz. Bu, mənim və seçicilərimin qərarıdır və heç bir təzyiq bizi fikrimizdən döndərə bilməz.”

O əlavə etdi: “Bələdiyyə seçkilərində iştirak edə bilərik, etməyə də bilərik. Bu barədə qərar verməyə hələ hazıram.”

Jurnalistin “hansı halda iştirak etməyəcəksiniz?” sualına Qaxaria belə cavab verdi:

“Bu sual bəzi siyasi partiyaların marağındadır... Onlar o qədər acizdirlər ki, öz qərarlarını belə öz üzərlərinə götürə bilmirlər və bizə baxırlar.”

Yerli özünüidarə seçkiləri 2025-ci ilin 4 oktyabr tarixində keçiriləcək.

Qərbyönlü partiyaların əksəriyyəti bu seçkilərdə iştirak etməyin yolverilməz olduğunu bəyan ediblər.

mənbə: marneulifm