Gürcüstanda havalar soyuyur: yağış gözlənilir
Gürcüstanda yaxın günlərdə nisbətən soyuq və yağıntılı hava gözlənilir.
XEBER.GE xeber verir ki, oktyabrın 27-nə olan məlumata görə, ölkə ərazisində buludlu hava şəraiti hökm sürəcək, bəzi rayonlarda isə yağış yağacağı ehtimal olunur.
Oktyabrın 28-də havanın temperaturu yenidən +17 dərəcə ətrafında olacaq.
Oktyabrın 29-dan etibarən temperatur +14 dərəcəyədək enəcək.
Oktyabrın 30-da paytaxt Tbilisidə gündüz saatlarında havanın təxminən +13 dərəcə olacağı gözlənilir.
Sinoptik proqnoza əsasən, ayın sonunda hava şəraiti dəyişkən olacaq. Temperaturun dəyişməsi ilə yanaşı, bəzi bölgələrdə yağıntı da gözlənilir.