Səudiyyə Ərəbistanında hava limanına hücum- Video

Oct 22, 2026 - 12:33
 0  10

Səudiyyə Ərəbistanının Dammam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanına oktyabrın 21-də axşam hücum edilib.

XEBER.GE xeber  verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb.

Məlumata görə, insident nəticəsində bir nəfər həlak olub, daha səkkiz şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı mübarizə aparan hökumət qüvvələrinə hərbi dəstək verən və onların mövqelərinə hava zərbələri endirən ərəb koalisiyasına rəhbərlik edir. Buna cavab olaraq husilər krallığın infrastruktur obyektlərinə qarşı hərbi hücumlar həyata keçirirlər.

 

mənbə: oxu.az