Bakı-Tbilisi istiqamətində qatarların sayı artır və biletlərin qiyməti ucuzlaşır

Oct 1, 2026 - 20:43
 0  31
Bakı-Tbilisi istiqamətində qatarların sayı artır və biletlərin qiyməti ucuzlaşır
: :
playing

Noyabrın 1-dən Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə gündəlik dörd reys yerinə yetiriləcək.

XEBER.GE xeber  verir ki, məlumatı Azərbaycan mediası yayıb.

Nəticədə sərnişin yerlərinin sayı 386-dan 564-ə, yəni təxminən 50% artacaq.

Bakıdan Tbilisiyə bir istiqamətdə səyahətin minimal qiyməti 54 manat, Yevlaxdan 44 manat, Gəncədən 41 manat, Ağstafadan 38 manat, Böyük Kəsikdən isə 36 manat olacaq. Müqayisə üçün qeyd edək ki, hazırda "Stadler" vaqonları ilə Bakıdan Tbilisiyə minimum qiymət 77.50 manat, Gəncədən isə 56.80 manatdır.

Əlavə reyslərə biletlərin satışı oktyabrın 2-dən başlayacaq. Sərnişinlər həm gecə, həm də gündüz reyslərindən istifadə edə biləcəklər.

Yeni cədvəle əsasən, işləkdə olan Bakı-Tbilisi-Bakı qatarı Azərbaycan paytaxtından saat 23:00-da yola düşəcək və ertəsi gün saat 08:41-də Tbilisiyə çatacaq. Əks istiqamətdə qatar saat 11:00-da yola düşəcək və saat 20:26-da Bakıya çatacaq.

Yeni reys Bakıdan hər gün saat 09:10-da yola düşəcək və saat 19:11-də Tbilisiyə çatacaq. Əks istiqamətdə qatar saat 22:00-da yola düşəcək və ertəsi gün saat 07:57-də Bakıya çatacaq.

Biletləri onlayn almaq üçün sərnişinlər ADY-nin saytında və mobil tətbiqində "MyGov ID" vasitəsilə şəxsi hesablarını təsdiq etməli və bunun üçün FİN kodu daxil etməlidirlər. Xarici ölkə vətəndaşları isə öz ölkələrini və telefon nömrələrini qeyd etməlidirlər.