Sərnişin qatarı minik avtomobilini vurub, sürücü hadisə yerində ölüb

Nov 15, 2026 - 18:32
 0  7
Sərnişin qatarı minik avtomobilini vurub, sürücü hadisə yerində ölüb

Lançxutidə, Niqvziani–Curukveti hissəsində sərnişin qatarı minik avtomobili ilə toqquşub.

"Batumelebi" nəşrinin məlumatına görə, qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində həlak olub.

XEBER.GE xeber  verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsi (dəmir yolu, su, hava və ya asma nəqliyyatının hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması) üzrə istintaq başladılıb.