Marneulidə texniki baxış müfəttişi nasaz avtomobillərə müsbət rəy verdiyinə görə saxlanılıb- Video

Jul 25, 2025 - 13:20
 0  35
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti, Kvemo Kartli dairə prokurorluğu ilə koordinasiyalı şəkildə, iki nəfəri saxlayıb.


Onlar rüşvət almaqda və saxta rəsmi sənədlərin hazırlanıb yayılmasında ittiham olunurlar.

İstintaq nəticəsində aydın olub ki, saxlanılanlardan biri Marneuli texniki baxış mərkəzində müfəttişi işləyirmiş. O, şəriki ilə birlikdə texniki cəhətdən nasaz nəqliyyat vasitəsinə texniki baxışdan keçdiyinə dair müsbət rəy verib. Bunun qarşılığında isə rəsmi dövlət rüsumundan əlavə vətəndaşdan 100 lari alıb.

Məlum olub ki, texniki baxış mərkəzində texniki cəhətdən nasaz nəqliyyat vasitələrinə sistemli şəkildə saxta müsbət texniki baxış sənədləri verilib. Bu məsələ ilə bağlı istintaq hərəkətləri davam etdirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 4-cü hissəsi və 362-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır. Həmin maddələr 4 ildən 6 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

mənbə: marneulifm