Müxalifət dünənki mitinqlə seçkiləri bir həftə öncə uduzduğunu elan etmiş oldu
Müxalifət dünənki mitinqlə seçkiləri bir həftə öncə uduzduğunu elan etmiş oldu.
Bunu hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze müxalifin “Gürcüstan Avropa İttifaqını seçir” adlı dünənki aksiyası haqqında danışarkən deyib.
“İnsanları bütün Gürcüstandan gətirmişdilər. Dörd partiya və QHT sektorunun zəngin təbəqəsi bu aksiyanın təşkilatçılığı ilə məşğul idi. Buna baxmayaraq, onlar çarəsiz vəziyyətdə qaldılar. Onları buna kim məcbur etdi ki? Rustaveli prospektinə yığılsaydılar, orada daha çox adam olduğu görünərdi”, - partiya funksioneri bildirib.