Qori hospitalında özünə xəsarət yetirən 19 yaşlı hərbçi vəfat edib

Nov 10, 2026 - 21:35
 0  27
Qori hospitalında özünə xəsarət yetirən 19 yaşlı hərbçi vəfat edib

“Qartlis Ambebi”nin məlumatına görə, Qori hospitalında 19 yaşlı hərbçi vəfat edib.

O, oktyabrın 21-də yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

XEBER.GE xeber  verir ki, hadisə ilə bağlı Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi odlu silahla özünə xəsarət yetirib və dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamenti Cinayət Məcəlləsinin 115-ci maddəsinin birinci hissəsi ilə istintaq aparır.