İstanbulda İran və "avroüçlük" arasında nüvə danışıqları başlayıb

Jul 25, 2025 - 12:36
Jul 25, 2025 - 12:37
 0  28
İstanbulda İran və "avroüçlük" arasında nüvə danışıqları başlayıb

Xeber.ge xəbər verir ki, Türkiyənin İstanbul şəhərində İranın nüvə proqramı ilə bağlı böhranın nizamlanması üzrə Tehran və “avroüçlük” ölkələri olan Britaniya, Fransa və Almaniya arasında danışıqlar start götürüb.

Görüş İranın İstanbuldakı baş konsulluq binasında mətbuata qapalı keçirilir.

İranı xarici işlər nazirinin müavinləri Məcid Tatxrəvançi və Kazım Qəribabadi təmsil etdiyi bu görüş nazir müavinləri səviyyəsində keçirilir.

Xatırladaq ki, İranla sazişin Avropadakı tərəfləri kimi tanınan Böyük Britaniya, Fransa və Almaniyadan ibarət E3 qrupu, bundan əvvəl mayın 16-da İstanbulda xarici işlər nazir müavinləri səviyyəsində bir araya gəlmişdi. Tərəflər ABŞ ilə İran arasında aparılan dolayı danışıqlara paralel olaraq təmasların davam etdirilməsi barədə razılıq əldə etmişdi.

İranla ABŞ arasında danışıqlar davam etdiyi bir vaxtda, 13 iyun tarixində İsrailin İrana hücuma başlaması həm ABŞ, həm də Avropa ilə aparılan diplomatik prosesi dayandırmışdı.

mənbə: trend.az