Duşetidə İki nəfər bıçaqlanıb, bir şübhəli saxlanılıb

Sep 26, 2026 - 11:20
 0  5
Duşetidə İki nəfər bıçaqlanıb, bir şübhəli saxlanılıb
: :
playing

Duşeti bələdiyyəsində iki nəfər bıçaqlanıb – vətəndaşlara soyuq silahla xəsarətlər yetirilib.

Qanlı hesablaşmadan əvvəl qarşılıqlı mübahisə və dava olub.

XEBER.GE xeber  verir ki, DİN-in məlumatına görə, iki nəfərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 1 nəfər saxlanılıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Duşeti bələdiyyəsində, qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə edərək iki nəfəri bıçaqlayıb və hadisə yerindən yayınıb.

Yaralanmış kişilər müvafiq tibbi yardım göstərilməsi məqsədilə klinikaya yerləşdiriliblər.

Hüquq-mühafizəçilər həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi isti izlərlə təqsirləndirilən qismində saxlayıblar.

Polis cinayət alətini maddi sübut kimi götürüb.

İstintaq Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə aparılır ki, bu da 6 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur", – deyə yayılan məlumatda qey olunur.