Polis qətlin qarşısını son anda aldı: "Qanuni oğru"ya qiyabi ittiham sürüldü

Sep 26, 2026 - 09:47
 0  11
Polis qətlin qarşısını son anda aldı: "Qanuni oğru"ya qiyabi ittiham sürüldü

Xüsusi təyinatlılar eyni anda üç müxtəlif ünvana daxil olaraq saxlanılma əməliyyatı keçiriblər. Ağır cinayət faktının qarşısı alınıb. Qəsdən adam öldürməyə qrup halında hazırlıq və "oğru aləmi"nə üzvlük işi üzrə mütəşəkkil qrupun üç üzvü saxlanılıb.

XEBER.GE xeber verir ki, sifarişli qətlin icraçısı olmalı olan şəxslərdən biri evində tutulub. Mənzilin qapısını "kuryer"ə icarədarın özü açıb; o, ehtimal edilən kikerə mənzili sentyabrın 1-də kirayə veribmiş. Qadın axtarışda iştirak edib və xatırlayıb ki, hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəlcə onun kirayənişinini qandallayıb, maddı sübüt kimi mobil telefonları müsadirə edib, hüquqi prosedurları həyata keçirib və istintaq tədbirlərini tez bir zamanda yekunlaşdırıblar.

Tbilisi ilə paralel olaraq, xüsusi təyinatlılar Ozurqetidə də — Orbeliani küçəsində və Meria kəndində səfərbər olunub. Bu ünvanlarda artıq qətl sifarişçilərinin saxlanılması əməliyyatı keçirilirdi.

Mqyaslı xüsusi əməliyyatın planlaşdırılmasından əvvəl Quriya Polis Departamentinin əməkdaşları müvafiq tədbirlər görüb, hakimin qərarı ilə ağır cinayətə hazırlığı təsdiqləyən əsas sübutları əldə ediblər. Söhbət mütəşəkkil qrupun üzvlərinin telefon danışıqlarının yazılarından gedir.

Polis qətlin planını deşifrə edib və onların konkret şəxsi nə üçün aradan götürmək istədiklərinin səbəbini müəyyənləşdirib.

Qurbanın ləğv edilməsi motivı keçmişdə baş vermiş narazılıqdır. "Baçi" və "Vaska" ləqəbli şəxslər maddi mənfəət müqabilində tapşırığın icra olunmasını üçüncü şəxsdən xahiş ediblər. Tutulacaqları təqdirdə isə xaricdə yaşayan e.ə. "qanuni oğru" Aleksandre Kurasbedianinin ("Tsripa") adı ilə həbsxanada havadarlıq olunacağını vəd ediblər.

E.ə. "qanuni oğru" qəsdən adam öldürməyə hazırlıq işinə özü də fəal şəkildə cəlb olunub, mütəşəkkil qrupun üzvləri bütün təfərrüatları məhz onunla razılaşdırıblar. "Tsripa" isə onlara göstərişlər verir və havadarlıq zəmanəti verirdi.

Xaricdə olan e.ə. "qanuni oğru" Tsripaya qiyabi olaraq ittiham irəli sürülüb.

Miqyaslı xüsusi əməliyyatın təfərrüatları ilə bağlı bu gün Daxili İşlər Nazirliyində də bəyanat verilib. Quriya Polis Departamentinin direktoru cinayətkar qrupun üzvlərinin qəsdən adam öldürməni necə planlaşdırdıqlarını ətraflı izah edib.

Axtarış zamanı bir-biri ilə və "qanuni oğru" ilə əlaqə saxladıqları kompüter texnikası, mobil telefonlar, habelə odlu silah və hərbi sursat müsadirə edilib.

Təqsirləndirilən şəxsləri, cinayətləri sübuta yetiriləcəyi təqdirdə, 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.