Gürcüstandan Moskvaya gedən avtobus qəzaya uğradı

Aug 30, 2026 - 13:17
 0  22
Gürcüstandan Moskvaya gedən avtobus qəzaya uğradı
: :
playing

Gürcüstandan Moskva istiqamətində hərəkət edən avtobus Stavropol diyarında xəndəyə aşdı — 5 nəfər həlak oldu, 10-u uşaq olmaqla 38 nəfər yaralandı.

XEBER.GE xeber  verir ki, hadisə bu gün sübh çağı baş verib. Yol polisinin bəyanatına görə, ilkin məlumatlara əsasən, Gürcüstandan Moskva istiqamətində reys yerinə yetirən "Setra" markalı avtobusun sürücüsü uyğun olmayan sürət səbəbindən öndə gedən "KAMAZ"la məsafəni saxlaya bilməyib və nəticədə toqquşma baş verib.

Avtobus yolun hərəkət hissəsindən çıxaraq xəndəyə aşıb.