Tbilisi hava limanında poçt göndərişindən 6 kiloqramdan çox mefedron aşkarlanıb

Nov 29, 2026 - 14:22
 0  7
Tbilisi hava limanında poçt göndərişindən 6 kiloqramdan çox mefedron aşkarlanıb

Gömrük əməkdaşları DİN nümayəndələri ilə birgə poçt göndərişində 6 kiloqramdan çox mefedron aşkar ediblər.

XEBER.GE xeber  verir ki, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Tbilisi Hava Limanı” Gömrük İdarəsinin əməkdaşları Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları ilə koordinasiyalı şəkildə həyata keçirdikləri birgə gömrük və istintaq tədbirləri nəticəsində ölkə ərazisinə xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz gətirilməsinin qarşısını alıblar.

Gömrük nəzarəti çərçivəsində poçt göndərişi rentgen yoxlama sistemindən keçirilərkən Rusiya Federasiyasından göndərilmiş, qida yağının qablaşdırılması üçün nəzərdə tutulan hermetik qutuların içərisində gizlədilmiş 6 kiloqramdan çox mefedron aşkar edilib.

Faktla bağlı istintaqı Gürcüstan Daxili İşlər Nazirliyi aparır.