Gürcüstanda qanunsuz silah və döyüş sursatlarına görə 9 nəfər saxlanılıb
Odlu silah və döyüş sursatlarının qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə 9 nəfər saxlanılıb.
XEBER.GE xeber verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, axtarışlar zamanı polis avtomatik odlu silahlar, 4 tapança, 2 ov tüfəngi, 2 kəsilmiş lüləli tüfəng, səsboğucu, alışdırıcı fitil, daraqlar və 2 000-ə yaxın döyüş patronu götürüb.
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi, Raça-Leçxumi və Kvemo Svaneti, İmereti, Quriya, Şida Kartli, Kaxeti və Sameqrelo-Zemo Svaneti polis departamentlərinin əməkdaşları müxtəlif vaxtlarda keçirilən profilaktik polis tədbirləri nəticəsində 9 nəfəri saxlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan axtarışlar zamanı maddi sübut kimi müxtəlif modelli qanunsuz odlu silahlar və döyüş sursatları, o cümlədən 3 avtomatik odlu silah, 4 tapança, 2 ov tüfəngi, 2 kəsilmiş lüləli tüfəng, səsboğucu, alışdırıcı fitil, daraqlar və 2 000-ə yaxın döyüş patronu götürülüb.
Bundan başqa, polis “kannabis” bitkisi və marixuana da aşkar edərək götürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 236, 260 və 265-ci maddələri ilə istintaq aparılır. Həmin maddələr 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.