Qrup halında odlu silah və sursat saxlayan xarici ölkənin üç vətəndaşı saxlanılıb

Sep 13, 2026 - 14:30
 0  8
Qrup halında odlu silah və sursat saxlayan xarici ölkənin üç vətəndaşı saxlanılıb
: :
playing

Odlu silah və döolüş sursatını qanunsuz olaraq, qrup halında əldə etmə və saxlama ittihamı ilə üç xarici ölkə vətəndaşı saxlanılıb.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Qurumun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının Tbilisidə təqsirləndirilən şəxslərin müvəqqəti yaşadıqları mənzildə keçirdikləri axtarış nəticəsində onlar tərəfindən qrup halında qanunsuz əldə edilmiş və saxlanılmış müxtəlif modeldə 4 odlu silah-tapança, 156 döyüş patronu və 5 daraq maddi sübut kimi götürülüb.

Polis hər üç şəxsi təqsirləndirilən qismində saxlayıb.

DİN-in məlumatına görə, istintaq Cinayət Məcəlləsinin 11 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan 236-cı maddəsinin 6-cı hissəsi ilə aparılır.