Ögey övladını zorlayan şəxsə 18 il həbs cəzası verilib
Yetkinlik yaşına çatmayan ögey övladını zorlamada və ona qarşı seksual zorakılıq törətməkdə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
XEBER.GE xeber verir ki, qurumun məlumatına görə, Zestafoni Rayon Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edib və yetkinlik yaşına çatmayan ögey övladını zorlamada və məcburetmədə təqsirləndirilən şəxsi təqsirli bilib.
Məhkəmə prosesində araşdırılan sübutlarla müəyyən edilib ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda yetkinlik yaşına çatmayan ögey övladını zorlayıb. O, həmçinin zərərçəkənə psixoloji təzyiq göstərib və zorakılıq faktları barədə kiməsə danışacağı təqdirdə onu öldürməklə hədələyib.
Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 11¹-137-ci maddəsinin 3-cü hissəsinin “e” bəndi və 4-cü hissəsinin “g” bəndi (yetkinlik yaşına çatmayan ailə üzvünə qarşı törədilmiş zorlama – 5 epizod), eləcə də 11¹-150-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (ailənin yetkinlik yaşına çatmayan üzvünə qarşı məcburetmə – 3 epizod) ilə ittiham irəli sürülüb.