Acarıstanda külli miqdarda saxta dollar yayan xarici ölkə vətəndaşı saxlanıldı

Nov 5, 2026 - 12:30
 0  11
Acarıstanda külli miqdarda saxta dollar yayan xarici ölkə vətəndaşı saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Samegrelo-Zemo Svaneti Dairə Prokurorluğu ilə koordinasiyalı şəkildə həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda saxta pul əldə etmə və satma faktı ilə bağlı xarici ölkə vətəndaşını saxlayıb.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz maddi mənfəət əldə etmək məqsədilə Acarıstan regionunda saxta 50 və 100 dollarlıq əskinaslar dövriyyəyə buraxaraq saxtalaşdırılmış pulları "satıb" (fiziki olaraq xərcləyib).

Onun tərəfindən ümumilikdə 13 400 ABŞ dolları nominal dəyərində 231 ədəd saxta əskinas – o cümlədən 194 ədəd 50 dollarlıq və 37 ədəd 100 dollarlıq əskinas dövriyyəyə buraxılıb.

Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində bütün saxta əskinaslar tam şəkildə götürülüb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsi ilə istintaq aparılır.