İrakli Kobaxidzenin rəhbərliyi ilə Hökumət Koordinasiya Komissiyasının ilk iclası keçirilib

Jan 20, 2026 - 20:33
 0  22
İrakli Kobaxidzenin rəhbərliyi ilə Hökumət Koordinasiya Komissiyasının ilk iclası keçirilib

Qida məhsullarının qiymətləri ilə bağlı baş nazir İrakli Kobaxidzenin rəhbərliyi ilə fəaliyyət göstərən Hökumət Koordinasiya Komissiyası qida məhsulları, dərmanlar və yanacaq qiymətləri ilə bağlı işləyəcək.

Xeber.ge xeber verir ki, bu haqda qərarı bu gün Hökumət Administrasiyasında keçirilən komissiyanın ilk iclasında qəbul ediblər.

Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatında, komissiyanın üzvlərinin qarşıdakı həftələr üçün fəaliyyət planını müzakirə etdikləri deyilir. O cümlədən, istehsalçılar, pərakəndə ticarət şəbəkələrinin və distribyutor şirkətlərin nümayəndələri ilə görüşlər keçiriləcək. Hökumət komissiyası müvafiq parlament komissiyası ilə koordinasiyada işləyəcək və fəaliyyətini ehtimal ki, aprelin sonuna qədər tamamlayacaq.

“Komissiyanın iş prosesində ictimaiyyətə məhsulların real dəyəri, qiymətlərin nəyi əhatə etməsi və məntiqsiz qiymət artımlarının harada olduğu barədə ətraflı məlumat veriləcək. Komissiyanın üzvləri qiymətlərin aşağı salınmasının iş prosesi davam edərkən artıq başlayacağına ümid edirlər.

İqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili, işğal edilmiş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze, maliyyə naziri Laşa Xutsişvili, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaradze, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani və Rəqabət və İstehlakçının Müdafiəsi Agentliyinin sədri İrakli Lekvinadze Hökumət Koordinasiya Komissiyasının üzvləridirlər” – Hökumət Administrasiyası tərəfindən yayılmış məlumatda deyilir.