Tkibulidə restoranda qanlı dava: DİN əməkdaşı mühafizə polislərini döyüb

Jan 21, 2026 - 11:01
 0  28
Tkibulidə restoranda qanlı dava: DİN əməkdaşı mühafizə polislərini döyüb

Gürcüstanın Tkibuli şəhərindəki restoranlardan birində fiziki qarşıdurma baş verib. Məlumata görə, Daxili İşlər Nazirliyinin  əməkdaşları mühafizə polisi əməkdaşlarına qarşı zorakılıq törədiblər.

 Xeber.ge xəbər verir ki, Gürcüstan Baş Prokurorluğu tərəfindən yayılan bəyanatda bildirilir ki, hadisə 2026-cı il yanvarın 19-da qeydə alınıb. İstintaqla müəyyən edilib ki, Gürcüstan DİN-in əməkdaşı və onunla birlikdə olan iki şəxs aralarında yaranmış şifahi münaqişə zəminində qrup şəklində zorakılıq törədiblər.

Onlar eyni restoranda olan DİN-in Mühafizə Polisi Departamentinin iki əməkdaşını və yanlarındakı şəxsi təhqir edərək onlara fiziki xəsarət yetiriblər.

Faktla bağlı istintaq başladılıb, hadisənin bütün təfərrüatları araşdırılır.