Gecə saatlarında Kürün sağ sahilində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Nov 14, 2026 - 16:47
 0  26
Gecə saatlarında Kürün sağ sahilində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Tbilisi Meriyasının məlumatına görə, Kür çayının sağ sahilində aparılacaq yol-təmir işləri ilə əlaqədar avtonəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

XEBER.GE xeber  verir ki, “Tbilservice Group” MMC-nin yağış və drenaj şəbəkələrinin istismarı departamenti 15 noyabr gecə saat 00:00-dan səhər 06:00-dək Mtatsminda rayonunda yol-təmir işləri həyata keçirəcək. Bu müddət ərzində Kürün sağ sahilində, keçmiş “Araqvi” restoranının yaxınlığında, Ədliyyə Evi istiqamətində yolun hərəkət hissəsində nəqliyyatın hərəkəti tamamilə bağlanacaq.

Yolun bağlanması  Çançkeri adlanan ərazidə (Tamar Mepe körpüsünə çatmamış) tətbiq ediləcək.

Avtomobillərin hərəkəti alternativ marşrutla — Tamar Mepe pandusu vasitəsilə təşkil olunacaq.

Təmir aparılan ərazi müvafiq xəbərdaredici yol nişanları ilə tam təchiz ediləcək.